Yeni istifadəyə verilən məktəb binasında çatlar yarandı - VİDEO

09:38 06.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallıda məktəb binasında çatlar yaranıb.

Hafta.az xəbər verir ki, Masallı rayonu Qızılağac kənd Sübhan Xəlilov adına 1 saylı tam orta məktəbin binasının yeni istifadəyə verilməsinə baxmayaraq, divarları çatlayıb.

Müəllimlərin sözlərinə görə, məktəb binası 2021-ci ildə istifadəyə verilib.


Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov bildirib ki, mütəxəssislər məktəbə təkrar baxış keçirəcəklər və bundan sonra müvafiq qərar veriləcək.